Şuranın dəstəklədiyi layihə çərçivəsində sonuncu tədbir keçirildi

02, 10, 19
08:14

Şuranın dəstəklədiyi layihə çərçivəsində sonuncu tədbir keçirildi



 “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” adlı layihənin icrasını həyata keçirdir.  

 Layihə icrası ilə bağlı   məcburi əmək və insan alveri ilə mübarizə mövzusunda 4 tədbir keçirilmişdir. 

 Layihə çərçivəsində keçirilən sonuncu tədbir  “Məcburi əmək və onun fəsadları” mövzusuna həsr  olmuşdur. Tədbir Sumqayıt şəhərində təşkilatın ofisində keçirilmişdi. 

“Məcburi əmək və onun fəsadları”  tədbirində ekspert qismində hüquqşunas Ruslan Mustafazadə və beynəlxalq sertifikatlı ekspert Gülgəz Abasquliyeva çıxış etmişlər.

Tədbir zamanı Ruslan Mustafazadə məcburi əmək və məşğulluq haqqında qüvvədə olan qanunlardan, fərman və sərəncamlardan məlumat vermiş,  məcburi əməklə mübarizə  sahəsində  dövlət orqanları və QHT təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər haqqında geniş danışmışdır.

Tədbir zamanı uşaq əməyinin istismarı, məcburi əməyin qurbanları və potensial qurbanlar haqqında məlumat verilmişdir.  

Tədbirdə KİV nümayəndləri, QHT əməkdaşları, bu sahədə çalışan dövlət orqanları nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın