Bakı Şəhər Baş Polis İdarəsi sakinlər arasında baş vermiş mübahisəyə münasibət bildirdi

25, 08, 19
10:34

Bakı Şəhər Baş Polis İdarəsi sakinlər arasında baş vermiş mübahisəyə münasibət bildirdi


Elşad Hacıyev

Dünən gecə saatlarında Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Əliyev 11 ünvanında yaşayan Bakı şəhər sakini sevdiyi qız üçün fişəng atdığına görə onunla digər sakinlər arasında mübahisə baş vermişdir. Baş vermiş mübahisə video yazı şəklində sosial şəbəklərdə paylaşılmışdır.

Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi polis mayoru Elşad Hacıyev Azerbaycanrealligi.com saytına münasibət bildirib. O qeyd edir ki, baş vermiş mübahisənin təfərrüatları polis tərəfindən araşdırılır, tərəflərin izahatları alınıb, polis tərəfindən mübahisənin qarşısı alındıqdan sonra tərəflərlə profilaktik söhbətlər aparılıb. Mübahisəyə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın