Yafəs Türksəs deputatın bostanına daş atdı

24, 08, 19
18:53

Yafəs Türksəs deputatın bostanına daş atdı

Azerbaycanrealligi.com xəbər verir ki, şerlərindən çox qalmaqal yaradan addımları və fikirləri ilə gündəmdə qalmağı bacaran Yafəs Türksəsin bu dəfəki hədəfi millət vəkili  Novruz Aslanov olub. O, millət vəkilinin “fəaliyyəti” nə ithaf etdiyi şeri facebook sosial şəbəkəsindəki  şəxsi hesabında paylaşıb. Şer şairin  izləyənləri tərəfindən gülüşlə qarşılanıb. Sözü gedən şeiri oxucularmıza olduğu kimi təqdim edirik

İsmayıllının deputatı Novruz Aslana

Otellərin gündən-günə çoxalır,
Karton sexin, mətbəən də var olub
Nevroz Pələng kimi hələ ad alıb
15 ildi yeriyirsən, a Novruz.

İsmayıllıda gəzib kef edirsən,
Füqəraya 14 manat verirsən,
Tez qaçıb anketində qeyd edirsən,
Bilmək olmur, kimsən, nəsən, a Novruz.

Nəzir qutun səpələnib bir belə,
Yıgdıgın pul dəstələnib bir belə,
Bəstələrin bəstələnıb bir belə?
Bəstəkarsan guya ki, sən, a Novruz.

Qız-gəlinlər əsirlıkdə saralıb,
Vicdanın, gör neçə ildi qaralıb,
Qırmızı Ayparan susub, lal olub,
Qeyrətin hardadır, desən, a Novruz?


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın