Kürəkənin qayınana və arvadını döyməsi ilə bağlı hadisəyə Bakı Şəhər Baş Polis İdarəsi münasibət bildirdi

23, 08, 19
14:11

Kürəkənin qayınana və arvadını döyməsi ilə bağlı hadisəyə Bakı Şəhər Baş Polis İdarəsi münasibət bildirdi

Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G.Abdullayevin kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır. Bu barədə Azerbaycanrealligi.com-a Bakı şəhər BPİ-nin Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qohumlar arasında yaranan mübahisənin xüsusatları ilə bağlı həmin şəxslərin izahatları alınıb.

İzahatında E.Bayramov qeyd edir ki, avqustun 21-də gönorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evində gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb, və bundan əsəbiləşən E.Bayramov onların yaşadığı ünvana gedərək onlara fiziki təzyiq göstərərək xəsarət yetirib. 

Bakñda kürÃkÃn qaynanasñnñ và arvadñnñ ölümcül döyüb:
Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılır.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın