Anardan Anara etiraz: "AYB sədrliyini tərk etməsə, diktaturanın simvoluna çevrilmiş Anar adımdan imtina edib Binyamin Amin adını götürəcəyəm"

29, 06, 19
20:17

Anardan Anara etiraz: "AYB sədrliyini tərk etməsə, diktaturanın simvoluna çevrilmiş Anar adımdan imtina edib Binyamin Amin adını götürəcəyəm"


Son zamanlar Azərbaycan Yazçılar Birliyində qalmaqalların ardı-arası kəsilmir. Elşad Baratın birlik üzvlüyündən çıxarılmasından sonra etiraz əlaməti olaraq şair Şahinə Könül birlik üzvlüyündən imtina etdiyini bəyan etdi. Bu gün isə daha bir yazıçı Anar Amin adaşı olan AYB sədri Anara etiraz olaraq redaksiyamıza bəyanat göndərib və onun yayımlanmasını istəyib. Sözü gedən qısa və konkret bəyanatı oxucularmıza təqdim edirik:

Mən AYB üzvü Anar Amin bəyan edirəm ki, əgər AYB sədri Anar bütün demokratik prinsiplərə meydan oxuyaraq 32 ildən bəri zəbt etdiyi AYB sədri postundan növbəti qurultayda da getməsə, AYB üzvlüyündən imtina etməklə bərabər, özbaşınalığın, qanunsuzluğun, dərəbəyliyin, antidemokratiyanın, bir sözlə, diktaturanın simvoluna çevrilmiş Anar adımdan da imtina edəcək, özümə Binyamin Amin adını götürəcəyəm.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın