Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir?- Şok faktlar

29, 06, 19
12:54

Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir?- Şok faktlar

Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir?
Bərdədə həbsdə olan MTN generalı Akif Çovdarova bağlı istehsal sahələri fəaliyyətini genişləndirir. Azerbaycanrealligi.com bildirir ki, məlumatı dosye.org yayıb. 

Çovdarovun Bərdənin Samux kəndi ərazisində 100 hektara yaxın süni balıqyetişdirmə gölü var. Həmin göllər qurulanda isə torpaqdan istifadə haqda qanunun müvafiq maddələri pozulub. 

Həmin göllərə görə Bərdənin Samux və Mirzəcəfərli kəndləri ərazisində 500 hektara yaxın əkin sahəsi uzun illərdir su qıtlığı ilə üzləşib. Sahibkarlar xeyli ziyan çəkməkdədirlər. 

Çünki bu kəndlərin torpaq sahələrini suvarmaq üçün Böyük Qarabağ kanalından ayrılan suyun xeyli hissəsi Çovdarovun göllərinə axıdılır. 

Bərdə ərazisində su qıtlığını aradan qaldırmaq üçün dövlət vəsaiti hesabına qazılan artezianların beşi qanunsuz olaraq bu göllər yerləşən ərazidə vurulub. Çoxsaylı şikayət ərizələri rayon rəhbərliyinə göndərilsə də, cavabsız qalıb. 

Bərdənin Suvarma Sistemləri İdarəsinin rəisi görünür ki, onlara xidmət edir. Bütün işləri isə Samux kənd sakini Şəfiyev Vüqar və qardaşı İmran Şəfiyev yerinə yetirir. 

Çovdarovun həbsxanada olmasına baxmayaraq, maliyyəsi və rəhbərliyi ilə görülən həmin işlərdən əldə olunan gəlirlər, vergidən yayındırılır, mənimsənilir. 

Eyni zamanda istifadə olunan torpaq, su və elektrik enerjisi üçün dövlət və bələdiyyə büdcəsinə heç bir manat vəsait ödənilmir. 

Çovdarov “ilişəndən” sonra Vüqar Şəfiyevə tapşırılmışdı ki, həmin balıqların izini itirsin. Hətta balıqların tələf olmasına da fikir vermədən hara gəldi axıtdılar. 

Lakin çox keçmədi işlərini yoluna qoya bildilər. Rayonun Ərəblər kəndi ərazisində də sünii balıqyetişdirmə gölləri və zeytun bağları salınıb. 

İddialara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vüqar Şəfiyevi 238 min manat cərmələyib. Amma o, MTN generalının biznesini böyütməkdədir. 

Azerbaycanrealligi.com bildirir ki, rayon rəhbərliyi, Suvarma Sistemləri İdarəsi, yerli ekologiya idarəsi kəndləri susuz qoyan Şəfiyevlərlə bağlı daha kompleks addımlar atmalıdırlar. 

İlk növbədə hüquq-mühafizə orqanlarının araşdırma aparmasına zərurət var. Söhbət Eldar Mahmudov bandasının cinayətkar fiquru, odioz general, üzərində qovluq-qovluq cinayət dosyeləri olan bir generalın biznesindən və onu idarə edən Şəfiyevlərdən gedir. 

2016-cı ildə təsərrüfatın rəhbəri Vüqar Şəfiyev AzərTac-a bildirib ki, 1992-ci ildən balıqçılıqla məşğuldur: “İl ərzində satışa 50 tondan artıq sazan, ağ Amur, karp balığı çıxarırıq. 

Yuxarı Qarabağ kanalının keçdiyi ərazidə balıq yetişdirmək üçün əlverişli mühitin mövcudluğu, həmçinin sahibkarlığın inkişafına yaradılan şərait təsərrüfatı daha da genişləndirməyə imkan verir. 

Odur ki, 4 il əvvəl nərə cinsli balıqların da yetişdirilməsinə başlamışıq. Hazırda təsərrüfatımızda yaradılan süni göllərdə və hovuzlarda 50 minədək nərə balığı bəslənilir. 

Balıqlar mütəxəssislər tərəfindən süni mayalanma yolu ilə çoxaldılır. Balıqların yemlənməsi isə əsasən xarici ölkələrdən alınan yemlər vasitəsilə həyata keçirilir”.

Belə iddialar var ki, Çovdarovun ailəsi Şəfiyevlərin işinə nəzarət edir və onlara bu biznesi həvalə edib. Sirr deyil ki, Çovdarovlar ailəsi Bakıda “Vosmoy” bazarına da şərikdirlər. 

Bundan əlavə, Çovdarov Füzuli rayonundan olan bir şəxsin təxminən bir hektarlıq ərazisini qeyri-qanuni surətdə ələ keçirərək burada şəxsi balıq təsərrüfatı formalaşdırıb. Belə ki, Masazırda yerləşən bu təsərrüfatda balıqların süni üsullarla artırılması xidmət edən vətəgələr, eləcə də bu balıqların emalının həyata keçirən çoxsaylı sexlər mövcuddur. 

Həmin vətəgələrdə yetişdirilən balıqlar elə bu sexlərdə emal edilərək bazara çıxarılır ki, bu da A.Çovdarov hər ay xeyli miqdarda vəsait qazandırır. Onun balıq biznesi imperiyasının bir ucu da göründüyü kimi Bərdəyə çatır, Şəfiyevlər isə kəndləri əvəzində susuz qoyurlar... 

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın