Ramiz Zeynalov vəzifəsindən azad edilir yerinə Nuşirəvan Səfərov gətrilir

28, 06, 19
10:35

Ramiz Zeynalov vəzifəsindən azad edilir yerinə Nuşirəvan Səfərov gətrilir


Yaxın günlərdə yeni daxili işlər naziri general-polkovnik  Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov vəzifəsindən azad olunacaq.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Gununsesi.org saytı məlumat yayıb. 
Xəbərə görə, Ramiz Zeynalovun yerinə təyinat alacaq şəxsin  kimliyi də bəlli olub. Bu şəxs Bakı Şəhər Baş Dövlət Yol polis İdarəsinin rəisi Nuşirəvan Səfərovdur.

Qeyd edək ki, R. Zeynalov 1951-ci ildə anadan olub və hazırda 68 yaşı var. 1994-cü ilin avqust ayından – 25 ildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın