sitename

“Fuad Abbasovun ətrafında spekulativ dezinformasiyalar yayılır” – Ramin Hacılı


7NEWS.az xəbər verir ki, bir az öncə Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist, Azərbaycan vətəndaşı Fuad Abbasovun azad edilməsi ilə bağlı xəbərlər yayılıb. Təəssüf ki, bu dəfə də xəbər öz təsdiqini tapmadı.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu barədə 7NEWS.az-a Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı məlumat verib: "Mən başa düşə bilmirəm ki, niyə həm Rusiyada, həm də Azərbaycanda Fuad Abbasovla bağlı dezinformasiya yayırlar. Bu məsələnin ciddiliyinə mənfi təsir göstərir. Hətta ailəsini belə aldatmağa cəhd edirlər. Fuad Abbasovun işi ilə bağlı əsas məsələ belədir: Rusiya Apellyasiya məhkəməsi onun barəsində qəbul edilmiş qərara yenidən baxacaq. Fuad Abbasov ya ev dustaqlığı şəraitində öz işini hüquq müstəvisində davam etdirəcək, ya da Azərbaycana deport ediləcək. Hər şey Apellyasiya məhkəməsinin qərarından asılıdır. Biz artıq neçə gündür ki, Rusiyanın Bakıdakı səfirliyi qarşısında aksiyalar edirik, etirazımızı bildiririk. Fuad Abbasovun ailəsi də bizimlə daim təmasdadır. Və ailəsi rəsmi, dəqiq xəbər olduğu təqdirdə ilk olaraq bizə məlumat verəcək. Bu mənada bütün media və diaspor nümayəndəliyini məsələnin həssaslığına ciddi yanaşmağı tövsiyyə edirəm.”

Qeyd edək ki, 16 mayda Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 598
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 141
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 352
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 726
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar