Cinayətdə ittiham olunan məmur rəis təyin edildi

21, 05, 19
10:45

Cinayətdə ittiham olunan məmur rəis təyin edildi

CinayÉtdÉ ittiham olunan mÉmur rÉis tÉyin edildi
Azerbaycanrealligi.com xəbər verir ki, Barəsində cinayət işi olan məmur daha yüksək posta təyinat alıb. Criminal.az saytına daxil olan məlumata görə, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov əvvəllər Mingəçevir Sukanal İdarəsində rəis müavini işləmiş Maarif Mikayıl oğlu Məmmədovu həmin quruma rəis təyin edib.Məlumata görə, M.Məmmədov "Azərsu” sədrinin tələbə yoldaşı olub. Bir necə il əvvəl M.Məmmədov Mingəcevirdə Sukanal İdarəsində rəis müavini işləyərkən "Zərif" şadlıq evinin Nəriman adlı sahibindən rüşvət aldığı ücün barəsində cinayət işi olub. Hal-hazirda da müvafiq maddələrlə istintaqı gedir.Qorxamaz Hüseynov barəsində cinayət işi olan şəxsi əvvəl "Bakı Sukanal" İdarəsində məsul vəzifəyə, indi isə Mingəçevir Sukanal İdarəsinin rəis təyin edib. M.Məmmədov Criminal.az saytına təyinatı nə təsdiq, nə də təkzib etdi. Bildirdi ki, belə bir əmr olsa hər kəs xəbərdar olacaq. 

Azerbaycanrealligi.com 


Bizimlə əlaqə saxlayın