sitename

Azərbaycanda məhbuslara ən ağır hökm oxuyan hakim təqaüdə göndərildi

Azərbaycanda bir çox qalmaqallı məhkəmə işlərinə baxmış, tanınmış ictimai-siyasi fəalların haqqında hökmlər çıxarmış Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.

Azerbaycanrealligi.com xəbər verir ki, AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib.

Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.

1994-99-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub.

Ə.Seyidov akademik Ziya Bünyadovun qətlinə görə həbs olunanların işinə baxıb. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin, «Səidin dəstəsi» adıyla dövlət çevrilişinə cəhddə suçlanan 15 nəfərin, o cümlədən Səid Dadaşbəylinin haqqındakı hökmü də o çıxarıb. Onun son illərdə ən qalmaqallı hökmlərindən biri də mərhum prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazandan sonra narkotik ittihamıyla həbs olunan gənc fəal Qiyas İbrahimov haqqında olub. Prokuror Qiyasın 9 il azadlıqdan məhrum edilməsini istədiyi halda, Ə.Seyidov ona daha ağır – 10 il həbs cəzası vermişdi.

Xatırlatma

Q.İbrahimov digər gənc fəal B.Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.
Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.
Onların hər ikisi bu il martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Azerbaycanrealligi.com 
 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 322
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 673
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 443
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 166
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar