Gənc şair İçərişəhərdə gedən soyqırma şeir yazdı: Bax beləcə susurduq, Xocalı da gedəndə

24, 04, 19
20:37

Gənc şair İçərişəhərdə gedən soyqırma şeir yazdı: Bax beləcə susurduq, Xocalı da gedəndə


İçərişəhərin tarixi abidələrin sökülüb yerində restoranlar və yaxud da muxtəlif cür biznes gəliri üçün obyektlər tikilməsi demək olar ki, gündəm mövzüsuna çevrilib. Bunu edən məmurları hər kəs qınayır, sosial şəbəkə istfadəçiləri, xəbər portaları, millət vəkiləri və s. Hərə muxtəlif cür etirazın bildirir. Gənc şair Elşad Barat da İçərişəhərmizdə gedən soyqrma şeir yazaraq öz etirazını bildirib. Azerbaycanrealligi.com sözü gedən şeiri oxucularına təqdim edir.

 İçərişəhərin qala divarlarını məhv edirlər, tariximizi məhv edirlər...

Şəhərdə soyqırımdır,
Abidələr sökülür,
Min illərin tarixi,
Daha nələr...sökülür.

Boğanda bu milləti,
Qəhər, inanmadılar,
Mən deyəndə satılıb,
Şəhər, inanmadılar.

Satılıb, əmimoğlu,
Satılıb şəhərimiz,
Özəl-özəl mülklərə,
Qatılıb şəhərimiz.

Bitəndə bu şəhər də,
Hayana gedəcəksən?
Özündən özünəmi,
Şikayət edəcəksən?

İçəri şəhərimə,
Diqqət, soyqırımıdır.
Tarixin soyqırımı,
Millət soyqırımıdır.

Elə bil robotuq biz,
Ruh qalmayıb bədəndə,
Bax beləcə susurduq,
Xocalı da gedəndə.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın