Türkiyə vətəndaşı yenidən İlham Əliyevə səsləndi: "Sayın cumhur başkanım, mənə yardımçı olun". - VİDEO

15, 04, 19
12:59

Türkiyə vətəndaşı yenidən İlham Əliyevə səsləndi: "Sayın cumhur başkanım, mənə yardımçı olun". - VİDEO


Azerbaycanrealligi.com Kanal1.tv internet televiziyasına istinadən xəbər verir ki, bir neçə gündür mediada çoxuna məlum olan 10 ildən artıqdır ki, Azərbaycanda yaşayan Türkiyə Cumhiriyyətinin vətəndaşı Necatı Elamana qarşı külli miqdarda dələduzluq hadisəsi baş verib. Ədliyyə Nazirliyinin Xətai rayon icra məmuru Fərid Cəlilov vəzifəsindən sui-istifadə edərək onun 123 min manat pulunu mənimsəyib, Türkiyə vətəndaşı aidiyyatı qurumlara müraciət etsə də, hələ ki normal nəticə əldə edə bilmir. İş hal-hazırda Baş Prakuror Yanında Korrupsiya Qarşı Mübarizə İdarəsindədir. Cinayət işi açılsa da, Necati Elamana istintaqın gedişindən narazdır. İcra məmuru Fərid Cəlilova ağır ittihamlar irəli sürülsə də, Türkiyə vətəndaşı zərərçəkmiş qismində tanınsa da, nə ona dəymiş ziyanı ödəyən var, nədə ki ittiham olunan şəxs həbs olunur.

 Fərid Cəlilov

Türkiyə vətəndaşı iddia edir ki, Xətai rayon icra şöbəsinin məmuru Fərid Cəlilovun əmisi Yusif Cəlilov baş prakuror Zakir Qaralovun köməkçisi vəzifəsində işləyib, elə buna görə də onun işinə manelər törədilir. Zərərçəkimiş bildirir: "O, dogurdan da, əmisinə güvənirdi, əgər belə olmasaydı, bu qədər pulu dələduzluq yolu ilə məndən mənimsəyə bilməzdi". Necati Elamana dəfələrlə ölkə başçısı İlham Əliyevə və digər güc sturukturlarına media vasitəsi ilə müraciət etsə də, onun səsinə hələ ki səs verən yoxdur. O, media vasitəsilə ölkə başçısı İlham Əliyevə yenidən növbəti videomüraciətini edib. Sözügedən video müraciəti oxucularımıza təqdim edirik.

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq 

VİDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın