sitename

Azərbaycanın keçmiş baş nazirindən qadınlara duyğu dolu təbrik: “…bizə mətanət verən qüdrət onlardır.”

Xalq hərəkatında, milli mübarizədə, Qarabağ uğrunda savaşda Azərbaycan qadınının fövqəladə böyük rolu olub. Azərbaycan qadını olmasaydı, bəlkə də hərəkat o böyüklükdə vüsət almazdı. 1988-ci ilin əvvəllərində Qarabağ məsələsi xalqı ayağa qaldıranda Azərbaycan SSR Elmlər Akademiyasında keçirilən etiraz yığıncaqlarında, elmi tədqiqat institutlarında çalışan alim qadınların ən barışmaz reaksiya göstərmələri mənə böyük təsir göstərmişdi… 1988-ci ilin yürüş və mitinqlərində minlərlə tələbə qızların düyünlənmiş yumruqları, 1990-nın 20 yanvar gecəsi Bakı küçələrində hücum edən imperiya qoşununun güllələri və zirehli maşınları qarşısında kişilərlə bir sırada sabaha qədər duran on minlərlə qadın və qızlar, 1992-ci ilin 15 mayında Parlament küçəsində bir gün əvvəlki dövlət çevrilişi əleyhinə nümayiş üzərinə yaylım atəşi açılanda əyilə-əyilə kənardakı həyətlərə qaçışan kişilər və “irəli” deyib dimdik yürüyən qadınlar, Qarabağ cəbhələrində hərbi geyimli qadınlar, xalq cəbhəsi təşkilatlarında siyasi diskussiyalara yön verən qadınlar…

Ancaq bu mübarizədə özləri meydanlarda görünməsələr də, küçələrdə yürüməsələr də əvəzsiz yeri olan başqa qadınlar da var. Onlar bizim həyat yoldaşlarımızdır, övladlarımızın analarıdır. Biz kişilər nə edə bilmişiksə onun ən azı tən yarısı onların payına düşür. Bizə “bu yoldan çəkil” deməyən, yuvamızı, uşaqlarımızı ürəklə əmanət qoyub çəkinmədən ölümün özünün üstünə yeriməyə, həbslərə getməyə, aylarla kameralarda tək-tənha qalmağa dözüm, mətanət verən qüdrət onlardır. Bu həyatda üzləşdiyimiz çətinliklərə qalib ola bilmişiksə onlarla olmuşuq, onların sayəsində olmuşuq. Qaranlıqlarda onların işığı, nuru yollarımızı aydınlandırıb… Daim onlara layiq olmağa can atmışıq, bircə onların gözündən düşməkdən qorxmuşuq. Onlar bizim qoruyucu mələklərimiz olub. Allah bu dünyada bizləri öz halallarımızla görüşdürdüyü kimi, əbədi dünyada da yalnız onlarla qovuşdursun…

“İsgəndər bəyin mərhum həyat yoldaşı Rəna xanım haqqında bir anım kitabı hazırlanır” deyəndə mən də qəlbimdən gələnləri ifadə etmək istədim. Dünyanın ən gözəl, ən güclü, ən ağıllı, qadınları olan Azərbaycan qadınları haqqında… Dünyanın ən aristokrat qadını – Xanımlarımız haqqında… 

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 322
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 673
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 443
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 166
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar