DİN: Qarət olunduğunu iddia edən gözdən əlil sələmçidir


Daxili İşlər Nazirliyi gözdən əlil Elçin Abbasovun evinin qarət edilməsinə münasibət bildirib.

Azerbaycanrealligi.com xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, Elçin Abbasovun evində oğurluq törədilməsi ilə etdiyi müraciətə polis əməkdaşları tərəfindən laqeyd yanaşılması və araşdırma aparmalarında maraqlı olmaması barədə səsləndirdiyi iddialar əsassızdır: 

“Sonuncu müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə çıxıb, deyilən ünvana yollanıb və hadisə yerinə baxış keçirib. 

Evə baxış zaman kirayə qaldığı mənzildən E.Abbasovun oğurluğun törədilməsində şübhələndiyi bir neçə şəxsin şəxsiyyət vəsiqələri və digər sənədlər aşkarlanıb.

Azerbaycanrealligi.com 

Araşdırma zamanı Elçin Abbasovun sələmçiliklə məşğul olduğu məlum olub. Həmin sənədlər də pul verdiyi adamlara məxsus olduğu müəyyənləşdirilib. E.Abbasov izahatında da etiraf edib ki, sələmçiliklə məşğuldur. Hazırda məsələ barədə araşdırma aparılır”.
Orxan Mansurzadə həmçinin qeyd edib ki, Elçin Abbasov tez-tez qarət olunması barədə şikayət edir:

“Son iki-üç il ərzində Nərimanov rayonu ərazisində kirayə qaldığı yaşayış yerini bir neçə dəfə dəyişib. Hər dəfə oğurluq və digər hüquq pozuntuları ilə bağlı nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edib. Sonuncu dəfə 2018-ci fevral ayında “102” Zəng Mərkəzinə müraciətində evindən mobil telefonun oğurlanması barədə məlumat verib. Amma polis tərəfindən aparılan araşdırma onun bu iddiası digər iddiaları kimi öz təsdiqini tapmayıb”.

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

  • 05 mar, 09:35
  • 142
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

  • 03 mar, 10:51
  • 3 931
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

  • 02 mar, 16:08
  • 2 145
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

  • 15 yan, 21:26
  • 424
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar