Biznesmenin oğlu üç uşaq anası olan şəhid qızını öldürdü, atası qanı batırmaq üçün 52 min manat verdi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 31 yaşlı Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Azerbaycanrealligi.com Virtualaz.org-a isitnadən xəbər verir ki, müxtəlif sxemlərdən istifadə olunmaqla törədilən dələduzluq əməllərinin geniş yayıldığı, məhkəmələrin az qala hər gün belə işlərə baxdığı bir vaxtda E.Babayevin işi daha sensasion məqamı ortaya çıxarıb.
Belə məlum olub ki, bu şəxs Bakıda geniş imkanları olan biznesmenin yetkinlik yaşına çatmamış oğlu tərəfindən “Jeep”lə vurulub öldürülən iki uşaq anasının qanını batırmaq üçün qadının “sərxoş olması” haqda ekspertiza rəyi əldə edəcəyini vəd edib və biznesmen bu məqsədlə ona 52 min 500 manat verib. Amma daha sonra qəza və onu törədənin kimliyi ictimailəşdiyinə görə plan baş tutmayıb.

Xatırladaq ki, bu qəza 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində baş verib. “Jeep Grand Cherokee” ” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Könül  Əkbərovanı vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qəzanı Akif Rəhimovun 17 yaşlı oğlu, Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Rəhimov törədib. Lakin hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gələrək qəzanı öz boynuna götürüb.

Sonradan qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi müstəntiq Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib. Baş vermis hadisədən 20 gün sonra 17 yaşlı gənc saxlanılıb.

Hazırda baxılan dələduzluq işinin materallarında isə göstərilir ki, Elnur Babayev biznesmen Akif Rəhimovdan 52 min 500 manat pul alaraq əvəzində onun oğlu Rəhim Rəhimovun törətdiyi cinayəti ört-basdır edəcəyini vəd edib. Belə ki, iş adamı qəza zamanı oğlunun maşınla vurub öldürdüyü şəhid qızının “sərxoş olması” barədə  ekspertiza rəyi alacağına dair vəd verib.

Həmçinin, müstəntiq Vüqar Abbasovun köməyi  işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyinə onu inandırıb. Sövdələşmənin şərtlərinə əsasən həmin 52.500 manatın  10 min manatı qadının “sərxoş olması” haqda ekspertiza rəyinin əldə olunmasına, qalan 42 min 500 manat isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhimin deyil, onların ailə sürücüsünün adına rəsmiləşdirilməsinə sərf ediləcəkdi.

Amma  E.Babayev vədlərinə əməl edə bilməyib.  Belə ki, qəza hadisəsi ictimailəşdirildikdən sonra Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov (E.Babayev müstəntiq V.Abbasovun “işçisi”, yaxud əlaltısı olub-red.) vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verdiyinə görə işdən çıxarılıb.

Məlumata görə E.Babayev A.Rəhimovla "Yeganə" şadlıq sarayında görüşüb və pulu alıb. O, biznesmendən 52 min 500 manat alması barədə müqaviləyə də imza atıb. Lakin sövdələşmə alınmayanda pulu qaytarmayıb və biznesmen ondan şikayətçi olub. Məlum olub ki, E.Babayevin əməllərindən başqa zərərçəkənlər də var.  E.Babayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi fevralın 12-də davam edəcək.
Oğlunun öldürdüyü 3 uşaq anasının qanını batırmaq istəyən Akif Rəhimov “Xırdalan Xəz” ASC-nin və “Yeganə” şadlıq sarayının sahibidir. Habelə başqa çoxsaylı obyektləri var. O, O, deputatlığa namizəd də olub.

Qəzada ölən K.Ələkbərova isə Qarabağ müharibəsində şəhid olmuş Elton Ələkbərovun qızıdır. Bu hadisə geniş ictimai rezonans doğurmuşdu və nəticədə biznesmenin oğlun həbs etmişdilər. Lakin hazırda həmin gənc azadlıqdadır, çünki barəsində yüngül cəza verilmişdi.

Oğlunun öldürdüyü qadının qanını batırmaq üçün müstəntiqin əlaltısı ilə bu cür cinayət sövdələşməsinə girən biznesmen özü niyə məsuliyyətə cəlb edilməyib, bu sual açıq qalır.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

  • 15 yan, 21:26
  • 353
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

  • 08 noy, 14:49
  • 353
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

  • 08 noy, 10:13
  • 1 399
Amaliya Pənahova vəfat etdi
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

  • 03 noy, 09:46
  • 458
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar