Jurnalistin həbsində xüsusi rolu olan Antaliyalı Mehman həbs olunub

12, 01, 19
20:03

Jurnalistin həbsində xüsusi rolu olan Antaliyalı Mehman həbs olunub


Azerbaycanrealligi.com-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumata görə şəhərin mərkəzində müxtəlif yerlərdə sağlamlıq mərkəzi adı altında masaj salonları işlədən, amma içində müştərilərə digər xidmətlər də təklif edən, belə desək, bu işin böyük kuratorlarından olan Antaliyalı Mehman kimi tanınan Mehman Həsənov həbs olunub. Adı çəkilən şəxsin ağır cinayətdə ittiham olunduğu deyilir. Mehman Həsənov yaxın dostu olan Ceyhun adlı şəxsi(soyadın dəqiqləşdirə bilmədik) intihar həddinə çatdırmaqda ittiham olunur. Amma qeyd edək ki, bu ittihamdan da əvvəl ona bir neçə ittihamla bağlı iş açıldığı qeyd olunur. Barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qəti imkan tədbiri seçilib, amma bu işlə əlaqədar Bakı Apelliyasiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Apelliyasiya Məhkəməsi də 11.01.2019-cu il tarixində Mehman Həsənovun barəsində seçilmiş həbs qəti imkan tədbiri şikayətinə baxıb, amma nəticə olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. "Mehman Hüseynovu azad edin" piketində həbs olunan fəalların inzibati qaydada məhkəmə prosesi keçirilən zaman Antaliyalı Mehman kimi tanınan Mehman Həsənovun da məhkəməyə qandallı gətirildiyini məhkəməyə gəlmiş jurnalist blogerlərdən görənlər olub.

Antaliyalı Mehman kimi tanınan Mehman Həsənov kimdir?

MTN ifşasından sonra Bakı şəhərində masaj salonları və hotellər sözügedən qurumun, belə desək, monopoliyasından çıxaraq digər bir orqanın monopoliyasına keçmişdir. Görünür ki, bu işdə həmin qurumlar kifayət qədər bacarıq əldə edə bilməyiblər. Ortada qurban gedənlər olur, onlardan biri də elə Antalıyalı Mehmandır Bu informasiyanı əldə etdikdən sonra məlumatın nə qədər dəqiq olub-olmaması haqqında digər jurnalist həmkarlarla, dost-tanışlarla əlaqə saxlayıb informasiyanın tam dəqiq olduğunu araşdırarkən bu xəbər çoxunda təəccüb yaradırdı. Çünki Mehman Həsənov təkcə masaj salonları işlətməklə məşgul olmayıb. O, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs kimi tanınıb. Jurnalistdən Mütəşəkkil Cinayatkarlıqla Mübarizə Baş İdarəsinə şikayət edərək bildirib ki, guya Fikrət Fərəməzoğlu onlardan hədə-qorxu yolu ilə rüşvət tələb edib. Elə bu şikayətin səhəri günü işin araşdırılması üçün jurnalist Bondotdelin əməkdaşları tərəfindən saxlanılaraq ağır cinayətdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum olunub. Daha sonra Ali Məhkəmə jurnalistin cəzasının 1 ilini azaldaraq 6 ilə endirib. Məhkəmə zamanı jurnalist ittihamı qəbul etməyib, siyasi sifariş olduğunu bildirib. Amma buna baxmayaraq Fikrət Fərəməzoğlu 3 ilə yaxındır ki, cəza çəkir, onun yolunu gözləyən 2 övladı var.

Antaliyalı Mehman, Şirin Abdullayev, Ceyhun adlı şəxslərin birlikdə, yəni şərik iş birliyi olduğu deyilir. Şirin Abdullayev də jurnalist Fikrət Fərəməzoğlunun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. Ceyhun isə jurnalistin işində şahid qismində dindirilib və onun əleyhinə ifadə verib. Bu üç şəxs nədənsə bəzi xəbər saytlarının Akif Çovdarov kimi qorxulu röyasına çevrilib. Bu xəbər daxil olarkən digər saytların redaktorlarından "bu xəbəri verməmək məsləhət olundu məhkəməyə verəcəklər, həbs etdirəcəklər" və.s kimi sözlər də eşitdik. Çünki belə hal baş verib, Şirin Abdullayev bir zaman "Azadlıq" qəzetini də məhkəməyə vermişdir, lakin onun şikayəti təmin olunmamışdır.

Xəbərdə adı çəkilən şəxslər mövqeylərini açıqlamaq arzulasalar, dərc etməyə hazırıq. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın