MSŞA Koalisiyasının növbəti XX Ümumi Yığıncağının nəticələri

28, 12, 18
22:41

MSŞA Koalisiyasının növbəti XX Ümumi Yığıncağının nəticələri

Bütün diqqət yeni şurya yönəlib.
21 dekabr 2018-ci il tarixdə MSŞA Koalisiya Şurasının növbəti 189-cu, XX Ümumi Yığıncada seçilmiş yeni tərkiblə isə ilk iclası keçirildi. İclasda yeni seçilmiş 11 nəfər Şura üzvləri ilə yanaşı , 3 nəfər Monitorinq Qrup üzvü və Beynəlxalq “Odədiyini Açıqla” təşkilatının Avrasiya regionu üzrə koordinatoru Emil Omarov da iştirak edirdi. MSŞA Koalisiya Şurası Himayət Rizvanqızı Şura Əlaqələndiricisi seçilib bu barədə ex-əlaqələndirici İlham Hüseyli öz facebook səhifəsində yazıb.
189-cu iclasın gündəliyində MSŞA Koalisiyasının növbəti XX Ümumi Yığıncağının nəticələri, Koalisiya Şurasının yeni əlaqələndiricisinin seçkisi, Kоаlisiyа Əsasnaməsinin 4.4 bəndinin icra vəziyyəti kimi bir sıra zəruri məsələlər yer almışdı.
3 saata yaxın aparılmış gərgin müzakirələrdən sonra Şura üzvləri yekdil səslə aşağıdakı vacib qərarların qəbulunu məqsədəuyğun hesab etdilər:
- XX Ümumi Yığıncağın nəticələri qənaətbəxş hesab edilsin;
- Kоаlisiyа Əsasnaməsinin 4.4 bəndinin icrasını(koalisiya üzvlərinin Ümumi Yığıncaqlarda təmsilçilik qaydaları haqqında ) dəyərləndirmək üçün 3 nəfərdən ibarət İşçi qrupu yaradılsın:
- Koalisiyanın Yeni Fəaliyyət strategiyası və İllik Fəaliyyət planının hazırlanması üşün aşağıdaki tərkibdə İşçi qrupu yaradılsın;
- “Himayədar” Humanitar Tərəqqi İctimai birliyini sədri Himayət Rizvanqızı Koalisiya Şurasının yeni əlaqələndiricisi seçilsin(gizli səsvermə yolu ilə). 
Koalisiya Şurasının yeni koordinatoru
xanım Himayət  Rizvanqızı:
- Bakı Dövlət Universtetinin “Jurnalistika” fakultəsinin məzunudur. 1990-1999-cu illər arasında ölkənin müztəlif mətbuat orqanılarında çalışmış və ciddi araşdırma yazıları ilə tanınmış;
- 1999-cu ildən “Himayədar ” Humanitar Tərəqqi Ictimai Birliyi İdarə Heyətinin sədri, 2003-2011-ci illər arası “Azərbaycanın Petrol Sanayesi Üzrə İnformasiya və Resurs Mərkəzi”nin direktorü, 2004-cü ildən Azərbaycan və İngilis dilində çap olunan “HİMAYƏDAR” sosial-iqtisadi jurnalın təsisçisi, 2004-2012-cu illər arası “Neft Gəlirlərinin Xərcənməsinə Nəzarət üzrə QHT Qrupu” Koordinatoru,2005-2007-ci illər arası ”Mədən sənayesində Şəffaflığın Artırlması” QHT koalisiyası,Şura üzvü vəzifələrində çalışmış;
-Oxfam Böyük Britaniya təşkilatının maliyyə dəstəyi ilə «Yoxsul təbəqələrin təhsil və səhiyyə hüquqlarının müdafiəsində mətbuat lobbiçiliyi», Oxsfam-NOVİB təşkilatının maıiyyə dəstəyi ilə “İnkişaf perspektivində Azərbaycan nefti»,“İnkişaf perspektivində Azərbaycan nefti»,“Minilliyin İnkişaf Məqsədlərində Səhiyyə bəndlərinə dair Kampaniya”, «Neft gəlirləri, ədalətli bölgü yoxsulluğa son!», “Gender meynstriminq” fəaliyyət Planı kimi mühüm layihələrə rəhbərlik etmiş;
- “Neft haqqənda ”qanunun hazırlanmasına müəlliflik etmiş və Milli Məcliin plenar iclasının müzakirəsinə müvəffəq olmuş;
- Mədən sənayesi üçün çox aktual hesab olunan “Neft və yoxsulluq”, “Azerbaycan Respublikası Dövlət Neft Fondu haqqında ”, “Azərbaycanın neft və qaz kəmərləri sistemi”, “Azərbaycanda hasilat sənayesi: ictimai maraqlar perspektivi” kitablarının çapına rəhbərlik və müəlliflik etmişdir.
İclasda Cəmil Hacıyev yeni şüra üzvü olaraq çıxış edərək bildirmişdir ki: "Şura Beynəlxalq katiblik qarşısında Qarabağda qanunsuz fəaliyyət göstərən qondarma şirkətlər və onların mənsub olduğu dövlər qarşısında məsələ qaldırmaq və həmin şirkətlərin qeyri şərtsiz fəaliyyətlərini dayandırmağı tələb edilməsini qeyd etdi"

Bizimlə əlaqə saxlayın