Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsləri koalisiyasının XX ümümi yığıncağı oldu.

19, 12, 18
17:33

Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsləri koalisiyasının XX ümümi yığıncağı oldu.

Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsləri milli GHT koalisiyasının XX ümümi yığıncağı keçirdi.

15 dekabr 2018-ci ildə Bakıda Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsləri milli GHT koalisiyasının növbəti ümümi yığıncağı keçirilmişdir.Ümümilikdə Azərbaycanın bütün regionlarını əhatə edən milli GHT koalisiyasının ümümi yığıncağı haqqında,koalisiya şurasının üzvü Əlövsət Sadıqlı öz facebook səhifəsində bunları qeyd etmişdir:
   "Azərbaycan VC sektorunda əlamətdar bir hadisənin olması barədə məlumat verməyi özümə borc bildim!
Məlumunuz olsun ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XX növbəti, həm də yubiley Ümumi Yığıncağı keçirilib.
Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatı dinlənilib. Koalisiya üzvləri Məlahət Mürşüdlü, Nəsimi Məmmədli, Əlövsət Sadıqlı, İlham Hüseynli, Qubad İbadoğlu, Oqtay Gülalıyev, Fuad Həsənov, İlqar Hüseynli, Cəmil Hacıyev və digərləri çıxış edərək ötən 2 il müddətində Koalisiyanın fəaliyyətindən, vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlərdən, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində yerli və beynəlxalq səviyyədə görülən işlərdən və mövcud durumdan, Azərbaycanın Təşəbbüs çərivəsində fəaliyyətinin dayandırılmasından və digər məsələlərdən danışıblar. Qeyd olunub ki, hazırda dünyada Şəffaflıq hərəkatının genişlənməsi yeni situasiya yaradıb və Azərbaycanın Təşəbbüsdən kənarda qalması təəssüf doğurur.
Yığıncaqda Koalisiya Şurasının yeni tərkibi formalaşıb və aşağıdakı şəxslər gizli səsvermə yolu ilə qurumun rəhbər heyətinə seçiliblər: 
1. Himayət Rizvanqızı, 
2. Məlahət Mürşüdlü, 
3. Fuad Həsənov, 
4. Oqtay Gülalıyev, 
5. İlham Hüseynli, 
6. Vahid Məhərrəmli, 
7. Sevil Həmidova, 
8. Cəmil Hacıyev, 
9. Jalə Cəfərova,
10. Sədaqət Paşayeva, 
11. Taleh Xasməmmədov. 
Eyni zamanda Şövqiyyə Rəhimova, Bəkir Nərimanoğlu, Ülviyyə Xəlil, Elşən Əlisoy, Rövşən Niftalizadə Koalisiyanın Monitorinq Qrupunun (MQ) üzvləri seçiliblər.
Yığıncaqda Koalisiya üzvləri Fuad Qəhrəmanlının, Asif Yusiflinin və Mehman Hüseynovun qanunsuz həbsdə saxlanılması pislənilib və onların azadlığa buraxılması hökumətdən tələb olunub.
Yekunda Koalisiyanın XX Ümumi Yığıncağı adından Bəyannəmə qəbul olunub. Bəyannamədə deyilir; “Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Kоаlisiyаsı olaraq Azərbaycanda şəffaf idarəçiliyin, habelə ölkənin mineral ehtiyatlarının istismarı və satışından daxil olan gəlirləri, eləcə də bu vəsaitlərin ədalətli bölgüsü və səmərəli xərcləmləri üzərində ciddi dövlət və ictimai nəzarətin həyata keçirilməsində maraqlı və israrlı olduğumuzu bir daha bəyan edirik.
Təəssüf edirik ki, 2014-cü ilin ortalarından Azərbaycan hökumətinin müstəqil QHT-lərə, azad mətbuata və ictimai fəallara təzyiqlərinin nəticəsində bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti zəifləmiş və bu, Koalisiyanın fəliyyətinə də mənfi təsir göstərib. Odur ki, Koalisiyanın XX Ümumi Yığıncağının iştirakçısıları Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti üçün mühitlə əlaqədar hüquqi və praktiki maneələri aradan qaldırmağa, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələblərini ləğv etməyə çağırır.
Bütün sadalananlara rəğmən Azərbaycanın təbii sərvətlərlə zənginliyini, xüsusilə, geniş neft-qaz və dag-mədən potensialına malik olmasını, hal-hazırda ölkənin büdcə gəlirlərinin əhəmiyyətli hissəsinin bu gəlirlərdən aslı olduğunu, habelə hökumətin 14 sentyabr 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi üzrə xarici şirkətlərlə 1994-cü ildə imzalanmış hasilatın pay bölgüsü sazişinə xitam verərək 2050-ci ilə qədər davam edəcək yeni saziş imzalanmasını, eləcə də hökumətin MHŞT-dən çıxmasına rəğmən Milli səviyyədə bu Təşəbbüsü davam etdirmək qərarını nəzərə alaraq MSŞT Koalisiyası hesab edir ki:
- Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının fəaliyyət mühiti ilə bağlı yaratdığı çətinlikləri aradan qaldırmalı,
- Müstəqil vətəndaş cəmiyyəti institutlarının təmsilçisi olaraq Koalisiyanın tərəf olaraq iştirakı ilə Çoxtərəfli Qrupun fəaliyyəti bərpa edilməli, üç tərəfli yeni Anlaşma Memorandumu imzalanmalı,
- Beynəlxalq MHŞT-yə qayıtmalıdır.”
Hesab edirəm ki, yeni tərkib kifayət qədər intellektual və səriştəli şəxslərdən ibarət formalaşıb və VC sferasına öz töhfələrini verə biləcək, həmçinin mədən sənayesindən əldə edilən gəlirlərin uçotu və şəffaf xərclənməsinə ictimai nəzarət prosesində prinsipial mövqeyini qoruyub saxlayacaqdır!
Hər birimizə xeyirli-uğurlu olsun!"

Bizimlə əlaqə saxlayın