"El bizim, sirr bizim"-in ulduz qonaqları arasında qalmaqal! Mirismayıl Xələflidən xanıma qarşı ağır sözlər: "Verilişdə küçə söhbətləri edir".

26, 11, 18
14:56

"El bizim, sirr bizim"-in ulduz qonaqları arasında qalmaqal! Mirismayıl Xələflidən xanıma qarşı ağır sözlər: "Verilişdə küçə söhbətləri edir".


Azerbaycanrealligi.com xəbər verir ki, Space telekanalında "El bizim sirr bizim" adlı veriliş hardasa çoxuna tanışdır. Aparıcı Elçin Əlibəylinin təqdimatında gedən bu verilişin ətrafında qalmaqal bitib-tükənmək bilmir. Bu veriliş başlayarkən bəzi evlərdə insanlar dərhal kanalı dəyişir ki, evdə olan uşaqlar indi bu verilişdə olan kimdənsə söyüş eşidəcək, bu da təbii ki, gələcək nəslimiz olan uşaq psixologiyasına ziyandır. Adı çəkilən verilişin ulduz qonaqlarından birinə çevrilən Xəbəral.az saytının baş redaktoru Mirismayıl Xələfli və Ramilə Sultan arasında qalmaqal yaşanıb. Belə ki, baş redaktor özünə məxsus olan xəbər saytında xanımın ünvanına demək olar ki emosinal fikirlər səsləndirib. Sözügedən yazını qısa şəkildə konteksdən çıxarışla sizlərə təqdim edirik: 

"Ramilə Sultan kimiləri niyə söz sahibi edirik? 

"El Bizim Sirr Bizim" verilişində çox savadlı insanlar tərəfindən əsl ziyalı kimi qəbul olunan qonaqlar çoxdur. Sadəcə biz Ramilə Sultan kimi özünə hörmət qoymayan, küçə söhbətlərini verilişdə edən, bir-iki səfir diplomatları aldadıb özünü onlara korifey kimi təqdim edib sözsüz ki, pul qarşılığında onlara tədbir edib,(əgər tədbir demək olarsa?!) bir az da bu verilişlərdə şüvənlik salıb şou yaradıb populyar olmaq istəyənləri başqa ziyalı, savadlı insanların gözünə qatıb xalqa yedirtmək ən azı günah sayılır. Biz niyə gələcək nəslə - qızlarımıza, övladlarımıza Ramilə Sultan kimi olmağı aşılayaq? Mənim fikirimcə, Elçin Əlibəyli bu barədə düşünməlidir, çünki cəmiyyətin sağlam yaşaması övladlarımızın namuslu böyüməsi üçün çalışmaq hər bir insanın üzərinə düşür. Ramilə Sultanı bu verilişə kim dəvət edib? Dəfələrlə bu barədə Elçin müəllimlə ikilikdə söhbətimiz olub. Demişəm ki, ay Elçin müəllim, sizin adınız-sanınız var, bunun kimilərin sənin verilişində nə işi? Elçin müəllim cavabında bildirib ki, onu mən yox, verilişin redaktoru Nərmin xanım dəvət edib. Nərmin xanıma ayrıca sual verəndə isə yenə də Elçin Əlibəylinin üstünə atıb. 

Kimdə nə yoxdursa, ondan danışır.  

Artıq bu adət halını alıb. Sağlam ailəsi olmayan ailədən danışır, vicdanı olmayan vicdandan danışır, namusu olmayan insanlara namus dərsi keçir. Bizim ən böyük bəlamız bu. Ramilə Sultanın itirəcək bir işi yoxdu, onun üçün də ailəli bir insanı veriliş boyu təhqir etməkdən dəfələrlə çəkinməyib. Bir başa şantaj yolu ilə öz rəfiqələrinin bəzisini şahid göstərərək səs yazısı ilə məni sevinə-sevinə təhdid edirdi. Məncə, Ramilə Sultanın itirəcəyi bir iş bəzi onun fitnəsinə aldanıb onu tanımayan, (özünün dediyinə görə) evlərinə belə rahat gedib, gələn bir-iki nəfər səfir dostlarıdır. Çünki onları da itirsə, bu adam ac qalacaq. Yenə də itirməyini istəmirik. Amma maraqlısı odur ki, həmin veriliş efirə getdikdən sonra çoxdan tanıdığım, hörmətim olan jurnalist dostlarımı belə üstümə qaldırmaq istəyirdi. Hansı ki, mən heç vaxt əsl qələm əhlini və jurnalisti heç kəsin ayağına verməmişəm."

Adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın