Məktəb direktoru əxlaqsız söyüşlər söydü.

07, 11, 18
20:51

Məktəb direktoru əxlaqsız söyüşlər söydü.

Siyəzən rayonu 6 saylı liseyinin direktoru vəzifə səlahiyyətlərini aşması bir yana 24saatxəbər.com saytının  müxbürinə əxlaqsız söyüşlər söydü. 
    Saytımıza  daxıl olan məlumatda bildirilir ki, Siyəzən rayonu, 6 saylı liseyin direktoru Yeganə Əliyeva  təssərrüfat məsələləri üzrə direktor müavini  Əhmədov Şamil Rüstəm oğlu barəsində qanuna zidd qərar qəbul edilərək,onu işdən azad etmişdir. 
    Araşdırma nəticəsində aydın olmuşdur ki, Əhmədov Şamil Rüstəm oğlu həqiqətən Siyəzən rayon sakini, 6 saylı liseyin  təssərrüfat məsələləri üzrə direktor müavini  vəzifəsindən, direktor Əliyeva Yeganə xanımın 31.08.2018-ci il tarixdə, 89 saylı daxili əmri ilə işdən azad  edilmişdir. 
  Lakin bu günlərdə aydın olub ki,  Əhmədov Şamil Rüstəm oğlu  işdən azad olunsada,  direktoru Yeganə Əliyeva  təssərrüfat məsələləri üzrə direktor müavini  Əhmədov Şamil Rüstəm oğlunuda sistemdə saxlayaraq onu  ölü canlar siyahısına qataraq, onun maaşını mənimsəmişdir. Bunulada o dövlət vəsaitini talamışdır.
  "Məsələ ilə əlaqədar 6 saylı liseyin direktoru Yeganə  Əliyeva ilə əlaqə saxladıq. Yeganə  Əliyeva ilə etik davranış kodeksinə uyğun olaraq, salam verib  müsahibə istədik. Az sonra Yeganə  Əliyeva özü mənə zəng elədi. Ondan sorüşdum ki, sizi əmək müfəttişliyi Əhmədov Şamil Rüstəm oğlu barəsində qəbul etdiyiniz qərara görə cərimə edib, bu barədə nə deyə bilərsiz. Məktəb direktoru küçə söyüşləri ilə məni təhqir etməyə başladı. Bu cürə əxlaq sahibi necə olur ki, minlərlə şağird və müəllim kollektivinə rəhbərlik edir. Biz Təhsil Nazirindən  hesabat tələb edirik" deyə Cəmil Hacıyev bildirmişdir.
  Qeyd edirik ki, məktəb direktoru dəfələrlə Milli Məclisin deputatı Hadi Rəcəbli ilə  şəkillərini  satatus qoyaraq bildirmişdir ki, ona heç kim heç nə edə bilməz. Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxlasaqda  edilən zənglərə cavab verən olmadı. Təhsil Nazirliyi məsələyə münasibətini işiqlandırmağa hazırıq. 

Bizimlə əlaqə saxlayın