"Araq şüşəsi, yoxsa limonad?" - Hacı Surxayla bir süfrədə oturan danışdı.

27, 10, 18
09:55

"Araq şüşəsi, yoxsa limonad?" - Hacı Surxayla bir süfrədə oturan danışdı.



Azerbaycanrealligi.com saytı son zamanlar gündəm mövzusuna çevrilmiş bir şadyanalıq məclisinin fotoşəklinin ətrafında yaranmış ziddiyyətli fikirlərə aydınlıq gətirməyə çalışdı. Müsahibimiz Fikrət Cəfərli tanınmış dini-ruhani şəxs Hacı Surxay Məmmədlinin iştirak etdiyi məclisdən çəkilmiş fotoda içki olmasına olan ittihamlara münasibət bildirdi. O dedi: "Hacı Surxay Məmmədli Azərbaycan dinşünaslıq tarixinin ən mükəmməl alimlərindən biridir. Mən sizə rəsmən deyirəm ki, Hacı Surxay kimi mükəmməl bir alim, demək olar ki, yoxdur, mən tanımıram. Hacı Surxay, ümumiyyətlə, içki məclislərində nəinki oturmaq, heç oturmayıb da, oturmaz da. Orada hansısa bir əyyaşın, özü  kimi düşünən, hər yerdə limonad sularını araq kimi görən içki düşkünlərinin belə uydurmalarına inanmayın. Bu stolda araq olmayıb və ola da bilməz". Müsahibimiz bir faktı da vurğuladı: "O şəkil mənim evimdə çəkilib, mənim oğlumu da görürsünüz o şəkildə. O qədər mənəviyyatsız adam var ki, deyək ki, əyyaşın biri götürüb paylaşıb, yaraşmayan hərəkət edib və yazıb ki, Hacı Surxay içki məclisində oturub. Ayıbdır. Belə şeylərlə kimlərsə nəsə yaratmaq istəyirlərsə, alınmaz. Allah qarşısında ən böyük günah başqasının haqqına girib ona şər atmaqdır. Özünə hörmət eləyən, özünə, şəxsiyyətinə, öz dininə hörmət eləyən bu formada şər-şəbədə ilə məşğul olmaz". Bildirək ki, müasir dövrdə Hacı Surxay dunşünaslıq elmində öz çoxsaylı elmi araşdırmaları ilə tanınan dini xadimdir. Azerbaycanrealligi.com saytı Hacı Surxay Məmmədli barəsində yayılan iddiaların yanlış olduğunu və Hacı Surxayın mənəvi dünyasına daban-dabana zidd olduğunu bildirən Fikrət Cəfərlinin verdiyi açıqlamanı olduğu kimi saytımızın izləyicilərinə çatdırmaq xahişini nəzərə alaraq dediyi fikirləri onun işlətdiyi cümlələrlə təqdim etməyi özümüzə borc bildik.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın