Fövqəladə Hallar Nazirliyi əsgərləri təhqir edən zabitlə bağlı araşdırmaya başlayıb.

07, 10, 18
10:59

Fövqəladə Hallar Nazirliyi əsgərləri təhqir edən zabitlə bağlı araşdırmaya başlayıb.



Dünən sosial şəbəkədə ilk olaraq Azadlığa doğru səhifəsində Fövqəladə hallar nazirliyinin hərbi hissəsində adıları açıqlanmayan bir neçə əsgərin FHN Naziri Kamaləddin Heydərova müraciəti yayınlandı. Müraciətdə həmin hərbi hissənin zabiti mayor Vüqar Məmmədov adlı hərbi qulluqçunun hər gün hərbi hissəyə içkili halda gələrək əsgərləri təhqir etməsi, onlara aşağılayıcı sözlər deməsi haqqında nazirə anonim şəkildə məlumatlar əksini tapmışdı. Cənab nazirin Vüqar Məmmədov barəsində tədbir görməsi xahiş edilirdi. Həmin müraciəti bir neçə dəqiqə sonra Azadlığa doğru səhifəsindən götürülərək Azərbaycan Reallığı səhifəmizdə olduğu kimi yayınlamışdıq. Məlum məsələ ilə bağlı Fövqəladə hallar nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşı (qanunvericiliyə əsasən nazirliyin həmin əməkdaşının adının açıqlanması qadağandır.) Azerbaycanrealligi.com saytı ilə əlaqə saxlayaraq artıq adı çəkilən zabit barəsində araşdırma başlandığını bildirmişdir. Sadəcə, nazirə şikayət edən əsgərlərin kimlikləri haqqında məlumat olmadığı üçün araşdırmaya hüququ qiymət verməyin təbii ki, çətin olacağını bildirdiyindən biz məsələ ilə bağlı dərhal ilk məlumatı yayan Azadlığa doğru səhifəsinin mesaj bölümünə məktub yazdıq və bu haqda nazirlikdə araşdırma aparıldığını həmin informasiya yayan səhifənin diqqətinə çatdırdıq. Elə bir neçə dəqiqə sonra onlardan rəsmi cavab aldıq ki, həmin hərbi hissədə xidmət edən şikayətçi əsgərlərin təhlükəsizliyinin qorunması üçün onların kimlikləri haqqında məlumat verə bilməyəcəklər.

Azerbaycanrealligi.com xəbər portalı olaraq bu barədə sosial şəbəkələrdə məlumat yayan səhifələr və xəbər saytların diqqətinə çatdırmaq istəyirik ki, həmin əsgərlərin kimliyi haqqında məlumatı olanlar bizimlə və yaxud da FHN-in Daxili Təhlükəsizlik İdarəsi ilə əlaqə saxlayaraq əlavə məlumatlar verə bilərlər.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın