Çempionlar Liqasının ilk püşkü atıldı - "Qarabağ"ın rəqibi...

12, 06, 18
16:19

Çempionlar Liqasının ilk püşkü atıldı - "Qarabağ"ın rəqibi...

Ãempionlar Liqasının ilk püÅkü atıldı - "QarabaÄ"ın rÉqibi...
Futbol üzrə Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.
Publika.az xəbər verir ki, püşk nəticəsində 4 komandanın iştirakı ilə Cəbəllütariqdəki "Viktoriya" stadionunda keçiriləcək mini-turnirin yarımfinal mərhələsinin tərkibi müəyyənləşib.
Qeyd edək ki, bu komandalardan yalnız biri növbəti mərhələyə vəsiqə qazanacaq. İyulun 26-da yarımfinal görüşləri, iyunun 29-da isə final matçı olacaq. Qalib komanda I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsinə yollanacaq.
Çempionlar Liqası
Çempionlar Yolu. İlkin mərhələ
“Santa Koloma” (Andorra) - “Drita” (Kosovo)
“La Fiorita” (San-Marino) - “Linkoln” (Cəbəllütariq)
Qalib mübarizəyə I təsnifat mərhələsindən qatılacaq təmsilçimiz “Qarabağ”ın potensial rəqiblərindən biri olacaq.

Bizimlə əlaqə saxlayın