Sürücünü vurub qoçluq edən şəxs həbs edildi- 10 sutka

Avto / Manşet
 28-04-2020, 19:41     1 942


Azerbaycanrealligi.com xəbər verir ki, Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində Suraxanı rayon məhkəməsi qərar verib. Avtosfer.az xəbər verir ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Cəfərov Xalid Asif oğlu, qarşısını kəsdiyi sürücünü vurub söydüyü üçün sənədlər toplanılaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə  göndərilib. Bu gün məhkəmənin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.


Avtosfer.az-ın əldə etdiyi məlumata görə həbs edilən Cəfərov Xalid tanınmış mühasibdir və o, "Praktiki Mühasibatlıq" mövzusunda ödənişli təlimlər keçir. Qeyd edək ki, o, həmçinin Peşəkar Futbol Liqasının (PFL) baş mühasibidir.


Azerbaycanrealligi.com