Maşını yanan sürücü: "Polisə etiraz olaraq yandırmamışam, əksinə polis mənə kömək edib"

15, 03, 19
11:22

Maşını yanan sürücü: "Polisə etiraz olaraq yandırmamışam, əksinə polis mənə kömək edib"

Dünən Azərbaycan Reallığı facebook səhifəmizdə Koroğlu metrostansiyası yaxınlığında yanan maşın haqqında videogörüntülər paylaşılıb. Sözügedən videoda maşın sürücüsünün bu hərəkəti polisə etiraz olaraq baş verdiyi, avtomobilin bu səbəbdən yandırıldığı deyilirdi. Amma bu paylaşım həqiqəti əks etdirməyərək öz təsdiqini tapmadı. Bu gün Azerbaycanrealligi.com saytı ilə əlaqə saxlayan avtomobilin sürcüsü Hüseynov Davud bildirir ki, maşın durduğu yerdə özü alışaraq yanıb, əksinə hadisə yerinə gələn polislər bizə kömək etməyə çalışıblar, amma mümkün olmadı, maşın demək olar ki tamamilə yandı. Sürücü bildirib: "Nəticədə mənə 6000 min manat ziyan dəyib". Maşın sahibi onu da qeyd edir ki, ona məxsus olan maşın Ata sığorta şirkəti tərəfindən sığortalanıb, amma sığorta şirkəti bildirir ki, sizin sığorta icbari oldugu üçün kömək edə bilmirik: "Necə kömək edə bilmirlər ki, bu yaxınlarda yaxın bir adamın maşını yandı, 3000 min azn ödədilər". Zərərçəkmiş onu da əlavə etdi ki, kompensasiya almaq üçün ona hər kəsin yardımçı olmasını xahiş edib. Biz də öz növbəmizdə sözügedən videopaylaşımda hadisənin səbəbləri barədə yol verilən yalnışlığa görə oxuculardan üzr istəyirik.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın