Erkən Nikaha Yox Deyək” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTOLAR

29, 11, 22
14:30

Erkən Nikaha Yox Deyək” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTOLAR


29 noyabr 2022-ci il tarixdə Zəngilan rayon 15 nömrəli məktəbdə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Zəngilan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Erkən Nikaha Yox Deyək” mövzusunda maarifləndirici tədbir keçirildi. 

Tədbirdə : Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Mətanət Həsənova Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov Zəngilan rayon 15, 14, 5, 23,19,11 nömrəli məktəbin şagirdləri və Psixoloqları iştirak etdilər. 

Əvvəlcə Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  

Natiqlər müasir dövrümüzün ən aktual problemlərindən biri olan “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə, həmçinin sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyətindən və dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu bildirib. 

Erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildirilib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Çıxış edənlər qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub. Bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. İnsanların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaratdığı diqqətə çatdılırıb.

Daha sonra şagirdlərin sualları cavablandırıldı. Onları maraqlandıran, düşündürən mövzular müzakirə edildi. 

Tədbir mövzunun diskussiya forması ilə yekunlaşıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın