Gənc yazardan cəsarətli fikir: "Hər kəs azad seksini yaşamalıdır".

26, 08, 18
20:22

Gənc yazardan cəsarətli fikir: "Hər kəs azad seksini yaşamalıdır".



Salam Xoş gördük gözəllik. Necəsiz?

Salam xoş gördük. Həddən artıq çox yaxşıyam.Siz necəsiz?(gülümsəyir)
Təşəkkür mən də yaxşıyam.

Yeganə xanım mən inanıram ki,söhbətimiz zamanı cavablarınızda səmimi olacaqsınız.Çünkü biz sizi səmimi,sözü əməli düz bir insan kimi tanıyırıq.Keçək ilk sualımıza.

Sizin üçün gözəllik nədir və ya nədədir?

Mənə görə görə bildiyimiz,duya bildiyimiz,toxuna bildiyimiz hər şəy gözəllikdir.Gözəllik yaşadığımız həyatda könlünü oxşayan,ruhunu dincəldən nə varsa ondadır.

 Deyirlər dəniz havası-günəş insan həyatında vacib faktorlardan biridir.Bu səbəbdənmi Günəş qəbul etmək üçün Qardaş ölkə olan Türkiyəyə üz tutmusunuz?

Bəli haqlısız amma bir qələm sahibi,yaradıcı insan olaraq fikirlərdən,insanların problemlərindən beynim yorulduğu üçün, şəhər səs küyündən qaçıb uzaq dəniz sahilində bir neçə həftə istirahət etməyi qərara aldım.Bilirsinizmi bəzən insan hər şeydən yorulanda təkliyə çəkilməlidir. Öz səsini dinləməlidir, Özünü sorğu sual etməlidir. Səssizliyin səsini dinləməyib ruhunu dinləndirməlidir

-Qaçmaq ya gəzmək? Siz hansını etmisiz?

Təbiət bizə tənhalıq, səssizlik,ümüd, xoşbəxtlik, güç bəxş etməyə qadirdir. Harda olmağımızdan aslı olmayaraq.Amma insan gedəcəyi-hüzur bulacağı məkanı özü üçün özü seçirsə demək ki,onun ruhu orda sakitləşir. Mən də həm ruhumu sakitləşdirmək üçün, həm gəzmək üçün Türkiyə-Altınkum seçdim.


-Sakitlik,tənhalıq sizə qəlb rahatlığı gətirə bilirmi?

Təbii ki, Sakitlik insana qəlb rahatlığı verir amma tənhalıq yox. Mən heç vaxt uzun müddətli sakitliyə çəkilib tənha qala bilmərəm.Məsələn mən rəngarəng həyata, insanlara alışdığım üçün reallıqlardan qaçıb barmaqla sayılacaq bir necə gündən artıq tək qala bilmərəm. Sadəcə öz düşüncələrimi sahmana sala bilərəm həmin müddətdə amma heç vaxt özüm üçün yalnızlığı yaratmaram. Toplum içində olmağı, işləməyi sevirəm. Mən ən çox da başımla işləyirəm deyənə tez-tez sakitliyə çəkilmək mənim üçün önəmlidir.

 Deyirlər həyat beş günlükdür.Siz bu prinsiplə yaşayırsız?

Cavab:-Yooox həyat mənim üçün hər gündür. Mən günü, anı yaşayıram.Çünkü düşündüyümüz, ümüd etdiyimiz sabahlar bizdən nələrisə alıb aparır.(fikrə dalır...)Bağışlamağı, sevməyi, istəklərimizi gerçəkləşdirməyi...heç bir şeyi sabaha buraxmaq olmaz. Bəlkə bizim üçün bir daha sabah olmayacaq. Nə bilmək olar, Allahın qismətidir. Bu gün üçün olan istəklərimizi, sabah üçün təxirə salmamalıyıq.

Mümkünsüzü mümkün etməyə çalışan Yeganə xanım üçün mümkünsüz olan nədir bu həyatda? 

 Həyatda mümkün ola biləcək şeylərlə yanaşi, mümkün olması mümkün olmayan şeylərdə var. Amma bunların arxasında insanın gücü və inamı durur.İnsanlar yaradılmışların ən ağıllısıdır. Ona görə də qarşımıza nəyisə məqsəd qoyarıqsa mütləq ona çatarıq. Təki istək olsun. Şübhə, qorxaqlıq inamsızlıq olmasın. Risk olsun. Mən hər zaman istəklərimə doğru addımlamışam.Allaha çox şükürlər olsun ki, hər şeyi mənim ürəyimə görə verib mənə.



Sözünüzdən belə başa düşdüm ki,riskli insansız?

Risk etmək hər zaman bir addım öndə olmaq deməkdir. Mən də özümə riskli insan deyə bilərəm. Çünkü özümə güvənirəm. insanın ilk öncə özgüvəni olmalıdır. Bu hiss insanda olduqdan sonra,onun bacara bilməyəcəyi heç bir şey yoxdur. Risk etməsək,özümüzə inanmasaq istəklərimizə, arzularımıza necə çata bilərik? İnanın səmimiyyətimə ki, özümüzə inam bütün mümkünsüzləri mənim üçün mümkün edir.

Bir Yaradıcı insan olaraq, gözəlliklərdən zövq almağı bacaran insan olaraq, ən əsası da pozitiv bir insan olaraq Niyə öz instaqram və facebook hesablarınızda bəzən qəmli statuslar paylaşırsız?

Bilirsiz necədir insan heç vaxt bir npqtədə sabit qala bilməz. Fikirlər düşüncələr əhvalımıza görə dəyişir. Təbii ki,mən də insanam və heç bir hissdə mənə yad deyil. Əhvalım hava ilə, hər hansısa bir insanın səhv düşüncəsi ilə,musiqi ilədə dəyişə bilər. Gün ərzində fərqli ola bilər əhvalım. Və bu səbəbdən də həmin anda nə hiss edərəmsə onu da yazaram. Çünkü yazmaq mənim üçün azadlıqdır.

Yazılarınızda azadsız,bəs şəxsi həyatınızda da azadsınızmı?

Azadlıq insanın heç bir şeydən asılı olmamasıdır.Özünün özü olmasıdır.
Bu hər kəsə qismət olmur. Hər kəs azadlığın dadını dada bilmir.İlk öncə azadlıq insanın daxilində olmalıdır. İnsan öz həyatını yaşamalıdır.Başqalarının həyatına burnunu soxmadan,azadlığını başqalarına nümayiş etdirmədən öz azad həyatını,azad sevgisini, azad Sex ini yaşamalıdır. Bu üçü insan həyatında varsa demək ki,o insan xoşbəxtdir. Sadəcə azadlığdan düzgün istifadə etmək lazımdır. Hər şey elə nizamlanmalı,düzülüb qoşulmalıdır ki,nə şiş yansın nə kabab.

Nə vaxtsa kababla bərabər şişi də yandırmısız?

Mən yuxarıda da qeyd etdim ki,mən azadlığı yaşayan biriyəm.Mümkünsüzü mümkün edən biriyəm.Olduğum kimiyəm.Nə heç vaxt maska taxmıram,nə də ki özümü yandırmıram.Mən sadəcə özüm üçün üzərlik yandırıram.(gülür.)əməlimdə nə varsa dilimdə də odur,və ya dilimdə nə varsa əməlimdə də odur.Etmək istədiyim hər şeyi edirəm,demək istədiyim hər şeyi deyirəm.Buna əmin olun və bu sizin üçün qaranlıq qalmasın.

Qaranlıqda yoxsa işıqda yatırsız?

(Gülür) Günorta işıqda, axşam qaranlıqda. Amma günortalar çox retki hallarda yatıram, gecələridə çalışıram çox yatmayım. hədər etməyim.4-5 saat yatsam bu mənə bəs edir beynimin istirahət etməsi üçün.

Neçə gün yuxusuz qala bilirsiz? və ya qala bilərsiz? 

Sevgilim yanımda olarsa günlərcə yatmaya bilərəm. Ona yazdığım şeirlərdən oxuyub onu valeh edə bilərəm.

 Ağllnıza yoxsa ürəyinizə qulaq asırsiz?

Baxır hardayam(gülür)

 İndi hardasız?

İndi Öz dünyamda...Siz də ora qonaq gəlmisiz. Orda hər bir sualınıza səmimi cavablar var. Səmimiyyətimdə də şübhəniz yoxdur bildiyim qədəriylə.

Suallarimla sizi yormadımki?

Yoox əksinə xoş oldu sizlə həmsöhbət olmaq. Həmişə mən insanlardan müsahibə alıram, bu dəfə isə özüm sizə müsahibə verdim. Sanki özümü bir anlıq imtahanda hiss etdim və buna baxmayaraq çox gözəl söhbətimiz alındı.

Vaxtınızı bizə ayırdığınız üçün minnətdaram.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın